İspaniya milli komandasının və "Selta" klubunun zədəli futbolçusu Yaqo Aspasın durumuna aydınlıq gəlib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu 4-5 həftəlik sıradan çıxıb. O, İspaniya La Liqasının XVII turunda səfərdə "Barselona"ya 0:2 hesabı ilə uduzduqları görüşdə xəsarət alıb. 
Qeyd edək ki, Yaqo Aspas 17 tur ərzində 10 qol vurub.









                 





    
    
    
    
    
    
    
    
    























































