1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"in gürcü müdafiəçisi derbini buraxa bilər
Topaz Premyer Liqasının 9-cu turunun mərkəzi oyununda sabah "Neftçi"nin qonağı olacaq "İnter" heç cür optimal heyətlə hazırlıq keçə bilmir. Sportnet.az-ın məlumatına görə, hazırda "bankirlər"in 2 futbolçusu zədədən əziyyət çəkir.
Sezar Meza Kollinin çoxdankı zədəsi yenicə sağaldığından və futbolçu hələ də formasını bərpa etməklə məşğul olduğundan, sabah meydana çıxa bilməyəcək. Aleksandr Amisulaşvilinin durumu isə qeyri-müəyyəndir. "Simurq"la ötən tur matçında komanda yoldaşı Yohan Bokonyano ilə toqquşan gürcüstanlı müdafiəçidə beyin silkələnməsi olmasa da, o, hələ də başağrısından əziyyət çəkir.
Qeyd edək ki, "Neftçi" - "İnter" oyunu sabah "Baksell Arena"da keçiriləcək və saat 16:00-da başlayacaq.