"Keşlə" klubu daha bir futbolçusu ilə də yollarını ayırıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, paytaxt təmsilçisi Elnur Cəfərovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, "Keşlə" daha öncə Məmməd Quliyev, Ebrima Sohna, Bahodir Nəsimov və Georgios Georgiadis müqaviləyə xitam verib və sözləşməsi başa çatan Herve Tçaminin müqaviləsi yenilənməyib.