"Qarabağ"ın futbolçusu Donald Gerrye qış tətilini vətəni Haitidə keçirməyə qərar verib.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi ailəsi ilə birgə istirahət edir. O, sadə həyat tərzi keçirir, tez-tez cəmiyyət arasında olmaqla yanaşı, azyaşlı uşaqlarla birgə futbol oynamağa da imkan tapır.
Qeyd edək ki, Donald Gerrye İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.