
"Keşlə" komandasının Türkiyənin Antalya bölgəsində Qazaxıstan "Okjetpes"i ilə nəzərdə tutulan yoxlama matçı ləğv olunub.
Sportnet.az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, buna rəqib tərəfin məşqçilər heyətində baş vermiş dəyişiklik səbəb olub. Əvəzində Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv Özbəkistanın U-23 yığması ilə yoxlama matçı keçirməyi planlaşdırır. Bu görüş yanvarın 18-də olacaq.
Qeyd edək ki, "Okjetpes"lə qarşılaşma yanvarın 17-də nəzərdə tutulmuşdu.