"Qarabağ" klubunun sabiq qapıçısı Miro Varvoriç Almaniya Regional Liqasında çıxış edən "Valdhof Manhaym"la müqavilə bağlayıb. 
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı qolkiper "Ştutqarter Kikkers"dən mövsümün sonunadək icarəyə götürülüb. O, zədəli Kristofer Qanqı əvəzləyəcək. 
Qeyd edək ki, "Valdhof Manhaym" Cənub-Qərb Liqasında liderdir. Miro Varvodiç "Qarabağ"da 2012-2013 mövsümündə çıxış edib.  









                 





    
    
    
    
    
    
    
    
    





















































