"Çox məyusuq. Qələbə qazansaydıq, turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracaqdıq". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin 2:3 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçından sonra deyib.
Türkiyəli mütəxəssis bildirib ki, xal itkilərinə buraxdıqları səhvlər səbəb olub: "Bu çox önəmli matç idi. Penalti və müdafiədəki səhvlər öz sözünü dedi. Amma biz ikinci hissədə toparlandıq. İkinci qoldan sonra ümidləndik. Lakin nə qədər çalışsaq da, üçüncü qol vura bilmədik. Səhvlərimiz xal itkilərinə səbəb oldu. Bunu aradan qaldırmalıyıq”.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |