
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" komandası bu gün ilk yoxlama matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Özbəkistanın U-23 yığması olub. "Arkadia" otelinin futbol meydanında keçirilmiş matç qolsuz bərabərliklə yekunlaşıb.
Əslində "Keşlə" ilk oyununu yanvarın 17-də Qazaxıstan "Okjetpes"i ilə qarşılaşmalı idi. Lakin "Okjetpes"in yeni məşqçilər heyəti bu oyunun ləğvini istədiyindən, "Keşlə" yığmaya rəqib olub.
Yoxlama oyunu
19:30. "Keşlə" - Özbəkistan U-23 - 0:0
"Arkadia" otelinin futbol meydanı
"Keşlə": 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Seymur Əsədov, 11. Vüsal İsgəndərli, 17. Samir Məsimov, 23. Conatan Ayte, 25. Con Kamara, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 88. Mergim Brahimi
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sərtan Taşkın, 7. Emin Mehtiyev, 9. Amil Yunanov, 11. Ruslan Nəsirli, 14. Andre Klennon, 18. Ruslan Əmircanov, 22. Nikola Mitroviç, 80. Dialo Samba, 93. Edvinas Girdvainis