Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Qazaxıstanın "Astana" komandası ikinci yoxlama matçında ağır məğlubiyyətlə üzləşib.
Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Danimarka "Kopenhagen"inə 0:4 hesabı ilə uduzub. "Astana" ilk yarıda qapısını toxunulmaz saxlayıb. İkinci hissədə isə "Kopenhagen" qollarını sıralayıb.
"Astana" ilk yoxlama oyununda yerli "Əl-Vasl"a 3:2 hesabı ilə qalib gəlib. Son matçda isə rəqib Danimarkanın daha bir təmsilçisi "Midtyulland" olacaq. Görüş yanvarın 30-da keçiriləcək.
Qeyd edək ki, Roman Qriqorçuk 2014-cü ilin dekabrından 2018-ci ilin iyununadək "Qəbələ"nin baş məşqçisi olub.