
Yunanıstan milli komandasının sabiq futbolçusu Yannis Amanatidisin 2011-ci ildə Azərbaycanda çıxış etmək variantı olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə karyerasını 29 yaşında başa vurmuş keçmiş hücumçunun özü Almaniya mətbuatına açıqlamasında bildirib. O deyib ki, pul hərisi olmadığı üçün təklifi rədd edib: "Mən Ukrayna və ya Azərbaycana gedə bilərdim. Amma Bakıda nə etməli idim? Heç vaxt başqaları kimi acgöz olmamışam".
Amanatidis bu xüsusiyyətini dəyişməyəcəyini də əlavə edib: "Hər zaman təmiz olmuşam. Bu, hərdən uyğunsuzdur. Amma dəyişən deyiləm".
Qeyd edək ki, Yannis Amanatidis karyerası ərzində Almaniyanın "Ştutqart", "Qroyter Fürt", "Kayzerslautern" və "Ayntraxt" klublarında, eləcə də 2002 - 2009-cu illərdə Yunanıstan millisində çıxış edib. Lakin o, 2004-cü ildə qızıl medal qazandıqları Portuqaliyadakı Avropa çempionatına aparılmayıb.