
Bu gün Qəbələ şəhər 1 saylı orta məktəbdə eyniadlı klubun rəsmiləri ilə şagirdlər arasında görüş keçirilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görüşə klubun Media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov, cüdo idman növü üzrə Qəbələ bölməsinin baş məşqçisi Rail İsmayılov, fəal azarkeş Nəriman Mahmudzadə, komandanın kapitanı Cavid Hüseynov və gənc futbolçu Amin Seydiyev qatılıb.
Onlar məktəbliləri komandanın yanında olmağa, onu dəstəkləməyə çağırıblar. Ardınca şagirdlər arasında klub barədə suallardan təşkil olunmuş müsabiqə keçirilib.
Müsabiqənin qaliblərinə Hüseynovla Seydiyevin imzalı forması və digər hədiyyələr təqdim olunub.