"Qəbələ" futbol komandasının baş məşqçi postunda sənəd üzərində dəyişiklik baş verib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, bu addım UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq atılıb. Komandanın baş məşqçisi Sənan Qurbanovun Pro lisenziyası olmadığından, bu vəzifənin icraçısı kimi rəsmi sənədlərdə Pro kateqoriyalı köməkçi-məşqçi Zaur Həşimov göstəriləcək.
Lakin iş bölgüsündə hər hansı dəyişiklik aparılmayacaq. Yenə Qurbanov baş məşqçi, Həşimov məşqçi səlahiyyətlərinə malik olacaq.
Qeyd edək ki, bu gün "Qəbələ" Azərbaycan Premyer Liqasının XV tur matçında "Sumqayıt"a qalib gəlib - 1:0.