"Barselona"nın kapitanı Lionel Messi İspaniya çempionatları tarixində rekord göstəriciyə imza atıb.
Sportnet.az xəbər verir ki, argentinalı hücumçu La Liqada 11 mövsümdə ardıcıl olaraq azı 20 qol vuran yeganə oyunçu kimi düşüb. Messi cari çempionatda artıq 21-ci qolunu vurub. Kataloniya klubu XXII turda "Valensiya"ya qarşı matçda 32 yaşlı forvardın "dubl"u sayəsində məğlubiyyətdən qaçaraq, qarşılaşmanı 2:2 hesablı heç-heçə ilə başa vurub.
Hazırda "Barselona" 50 xalla turnir cədvəlinə başçılıq edir. Siyahıda ikinci yerdə "Atletiko" klubu qərarlaşıb. Bu komanda 44 xal toplayıb.
Qeyd edək ki, "Barselona" futbol klubunun kapitanı "Valensiya" ilə 2:2 hesablı heç-heçə ilə yekunlaşmış oyun zamanı bud nahiyəsindən zərbə alıb.