
AFFA təbii ot örtüyünə malik meydanlarda müvafiq işlərin görülməsi üçün zəruri olan texnika və avadanlıqların alınması barədə tender elan edir.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, stadionların ot örtüyünün alınması üçün 34 adda texniki avadınlığın alınması nəzərdə tutulub.
Bildirilib ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməlisiniz. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini və “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini fevralın 15-i saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilərlər.
Əlavə suallarla bağlı tender@affa.az ünvanı ilə əlaqə saxlamaq mümkündür.
Texnika və avadanlıqların siyahısı