"Qəbələ" və "Sumqayıt" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XV tur matçı zamanı hakimlər otağında çatışmayan lazımi inventarın adı müəyyənləşib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, yan xətt hakimləri üçün ehtiyat bayraqdır. AFFA İntizam Komitəsi məhz həmin bayrağın olmaması üzündən "qırmızı-qaralar"ı 1600 manat cərimələyib.
Qeyd edək ki, fevralın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş görüşün baş hakimi Əliyar Ağayev, yan xətt hakimləri Akif Əmirəli və Rza Məmmədov, dördüncü hakim Kamal Umudlu, hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi Şaiq Həmidov olub. Matç "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.