"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XVI turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarına start verib.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, məşqin ilk hissəsində futbolçular isinmə hərəkətlərinin ardından toplu tapşırıqları yerinə yetiriblər. Hazırlığın ikinci hissəsində isə onlar ikitərəfli futbol oynayıblar.
Zədəli futbolçular Miçel və Reynaldo Silva isə fitness zalında fərdi çalışmalarını davam etdirib.
Qeyd edək ki, fevralın 10-da "Kapital Bank Arena"da keçiriləcək görüş saat 18:30-da başlanacaq.