"Keşlə" komandasının futbolçusu Vüsal İsgəndərli cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi səfərdə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında cəzalanıb. İsgəndərli ilk yarıda sarı vərəqə alıb. Beləliklə, o, mövsümdə dördüncü "sarı" ilə limiti keçib. Yarımmüdafiəçi mövsümün ilk yarısını "Zirədə keçirib.
İsgəndərli XVII turda "Sumqayıt"la qarşılaşmada iştirak etməyəcək. Fevralın 16-da "ASK Arena"da təşkil olunacaq görüş saat 15:00-da başlanacaq.