"Neftçi" və "Keşlə" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XVI tur matçında tarixi hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin yeni transferi Canluka Sansone 82-ci dəqiqədə Vangelis Platellasın əvəzinə meydana daxil olub. 31 yaşlı hücumçu Azərbaycanda çıxış edən ilk italiyalı legioner ünvanına yiyələnib.
Qeyd edək ki, hazırda "Neftçi" öndədir - 2:0.