Rusiyalı sabiq futbolçu və baş məşqçi Yuri Qazzayev "Neftçi"nin cəlbedici təklifindən imtina edib.
Sportnet.az-ın məlumatına görə, osetiyalı mütəxəssis "Sport-Ekspress"ə müsahibəsində 1984-cü ildə baş vermiş əhvalatı nəql edib. Keçmiş hücumçu bildirib ki, həmin vaxt "Neftçi"nin baş məşqçisi olan Kazbek Tuayev ona sərfəli təklif qarşılığında Azərbaycan komandasında oynamağı təklif edib: "Bakıda gülməli əhvalatla qarşılaşdım. Məni komandasında görmək istəyən Tuayev əvvəldən barmaqlarını qatlayaraq sayırdı: Şəhərin mərkəzində mənzil, maaş, əlavə iki-üç ödəniş, yazda "Jiquli", payızda "Volqa". Zarafatca soruşuram: "Bəs UAZ olacaq?" Tuayev təmkinlə telefonun dəstəyini qaldırır, kiməsə zəng edib bir dəqiqəyə razılaşır və "Yura, buyurun" deyir".
Qazzayev ürəyinə yatmadığı üçün təklifdən imtina etdiyini vurğulayıb: "Bundansa, evdə qalardım".
Qeyd edək ki, Yuri Qazzayev son olaraq, 2018-ci ildə Rusiyanın "Spartak" (Vladiqafqaz) komandasında baş məşqçi kimi çalışıb. Onun əfsanəvi baş məşqçi Valeri Qazzayevlə əmioğlu olduğu bildirilir. V.Qazzayev isə milliyyətcə osetiyalı Kazbek Tuayevin kürəkənidir.