
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin ikinci matçında sonuncu pillədə qərarlaşan "Zirə" lider "Neftçi"ni qəbul edib. Görüş ərzində hər iki komandanın fərqlənmək üçün şansları olsa da, hesab açılmayıb.
Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. Qonaqlar xalını 38-ə, meydan sahibləri isə 14-ə çatdırıb.
Qeyd edək ki, bu gün keçirilən açılış matçında "Keşlə" evdə "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib. Tura fevralın 17-də baş tutacaq "Səbail" - "Sabah" və "Qarabağ" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.
-----
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
Sportnet.az xəbər verir ki, açılış oyununda "Keşlə" "ASK Arena"da "Sumqayıt"ı qəbul edib. Matç "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 28-ci dəqiqədə "Keşlə"nin forvardı Amil Yunanov açıb. Qonaqlar görüşün 73-cü dəqiqəsində hesabı bərabərləşdirib. Əfran İsmayılov cinah asmasını başla qapıya göndərib. Oyuna əlavə olunmuş 3-cü dəqiqədə Amil Yunanova qarşı cərimə meydançasında baş verən qayda pozuntusuna görə baş hakim penalti nöqtəsini göstərib. Topa yaxınlaşan Nikola Mitroviç hesabı 2:1 edib.
Bu nəticədən sonra xalını 15-ə çatdıran "Keşlə" 6-cı pilləyə yüksəlib. Eyni xala malik "Sumqayıt" klubu isə 7-ci pilləyə enib.
Hesabat turu saat 17:30-da start götürəcək "Zirə" - "Neftçi" oyunu ilə davam edəcək. Bazar günü isə "Səbail" - "Sabah", Qarabağ" - "Qəbələ" görüşləri baş tutacaq.
--------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq. Əvvəlcə axırıncı sıradakı “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Hər iki komanda qış fasiləsindən sonra keçirdikləri görüşlərdə uduzublar. Meydan sahibləri “Səbail” (0:3) və “Neftçi”yə (0:2), qonaqlar isə “Qəbələ” (0:1) ilə “Qarabağ”a (0:2) məğlub olub.
“Keşlə” bu oyunda qalib gələrsə, 15 xalla 6-cı pillədə qərarlaşan “Sumqayıt”ı keçəcək. Çünki paytaxt klubu bu qələbə sayəsində şəxsi görüşlərdə rəqibini qabaqlayacaq. Bu kollektivlər indiyə qədər milli çempionatlarda 26 dəfə qarşılaşıblar. Bunun 13-də bakılılar, 6-da isə sumqayıtlılar 3 xal əldə edib.
“Keşlə” bu rəqiblə 15 oyundur meydanı qolsuz tərk eləmir. Son 6 görüşdə hər iki komanda qol vurub. “Sumqayıt” səfərdə 3 matçdır uduzmur.
Günün digər oyunu Zirədə qəsəbənin eyni adlı təmsilçisi ilə “Neftçi” arasında olacaq. Hər iki komanda son turda 2 cavabsız qolla qalib gəlib. Meydan sahibləri “Səbail”dən, qonaqlar “Keşlə”dən güclü olub. Qış fasiləsindən dərhal sonra isə “ağ-qaralar” “Qarabağ”la heç-heçə ediblər – 1:1. “Qartallar” isə “Sabah”a 0:2 hesabı ilə uduzublar.
Bu kollektivlər arasında ilk dövrədə baş tutan oyunların birində “Neftçi” qalib gəlib – 2:1. Digərində isə 2:2 hesablı heç-heçə qeydə alınıb. Ancaq ümumi statistikada “Zirə” üstündür: +8=4-2. Hərçənd “ağ-qaralar” son 4 oyunda meydandan qolsuz və xalsız ayrılmayıb. Zirəlilərin bu rəqiblə ev oyunlarında heç-heçə qeydə alınmayıb.
Hazırda 37 xalla 1-ci pillədə qərarlaşan “Neftçi” ən yaxın izləyicisi “Qarabağ”la aradakı 3 xallıq fərqi artırmaq istəyir. “Zirə” isə 13 xalla 7-ci sırada olduğu üçün təhlükəli zonadan uzaqlaşmağa can atır.
Azərbaycan Premyer Liqası
XVII tur
16 fevral (şənbə)
15:00. “Keşlə” – “Sumqayıt” 2:1
Qollar: Amil Yunanov, 28 - Əfran İsmayılov, 73
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”
İlk iki dövrə - 1:2, 4:1
17:30. “Zirə” – “Neftçi” - 0:0
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Kompleksinin stadionu
İlk iki dövrə - 1:2, 2:2.