"Qarabağ" komandası Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqlarını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi ötən gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Hazırlıq ikitərəfli oyunla başa çatıb.
Məşqdə zədəli futbolçu Miçel iştirak etməyib.
Qeyd edək ki, fevralın 17-də keçiriləcək görüş saat 17:30-da başlanacaq.