"Neftçi" klubu yeni transferi Petru Rakunu Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib.
Sportnet.az-ın məlumatına görə, moldovalı müdafiəçinin adı paytaxt təmsilçisinin iştirak ərizəsinə daxil edilib. Bu isə o deməkdir ki, baş məşqçi Roberto Bardin şans verəcəyi təqdirdə, 31 yaşlı futbolçu bu gün Azərbaycan Premyer Liqasının XVII tur matçında səfərdə "Zirə"yə qarşı forma geyinə bilər.
Qeyd edək ki, oyun saat 17:30-da başlayacaq