“Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “dənizçilər” Oke Akpoveta ilə münasibətlər rəsmiləşiblər.
27 yaşlı negeriyalı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, O.Akpoveta 2014-cü ildə “Rəvan”da çıxış edib. Onun son klubu İsveç təmsilçisi “Eskilstuna” olub.