“Düzü, yeni baş məşqçi haqqında çox şey bilmirəm. Milli üzvlərindən kimsə onunla ünsiyyət qurmayıb. Yəqin ki, necə baş məşqçi olduğu və hansı futbolu tələb etdiyi toplanışda məlum olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun futbolçusu Maksim Medvedev Nikola Yurçeviçin Azərbaycan millisinə baş məşqçi təyinatını şərh edərkən deyib. Eyni zamanda yığma üzvü olan təcrübəli müdafiəçi çempionatın gedişində Yurçeviçin tanışlıq xarakterli təlim-məşq toplanışı təşkil etmək istəyinə belə reaksiya verib: "Bu, bir tərəfdən yaxşıdır ki, oyundan qabaq baş məşqçi ilə çox vaxt keçirərik. Amma çempionatın qrafikinin dəyişməsi də yaxşı hal deyil".