
"Qarabağ"ın Azərbaycan Premyer Liqasının XVII turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşma Riçard Almeyda üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, matçın 4-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan yarımmüdafiəçi 316 gün sonra yenidən Ağdam təmsilçisinin forması ilə fərqlənib. Sonuncu dəfə ötən ilin aprelin 7-si "Səbail"lə oyunda qol vurmuş Almeyda hazırkı komandasında top sayını da 51-ə çatdırıb.
Qeyd edək ki, Riçard Almeyda "Qarabağ"a qış fasiləsində Qazaxıstan "Astana"sından icarə əsasında qayıdıb.