Argentina çempionatının XIX turunda "Arxentinos Xuniors" və "Estudiantes" arasında keçirilmiş oyun zamanı gözəl qol vurulub.
Sportnet.az-ın məlumatına görə, 24-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Elias Qomes hücuma qoşularaq, cinah ötürməsini qayçı zərbəsi ilə tamamlayıb. Bu, Qomesin peşəkar karyerasında ilk qol olub.
Qeyd edək ki, "Arxentinos Xuniors" 2:1 hesabı ilə qalib gəlsə də, 26-cı pillədə qalıb.