Ukraynanın "Aleksandriya" klubu "Vorskla"nın sabiq futbolçusu Vladislav Kulaçı icarəyə götürüb.
Sportnet.az-ın Aleksandriya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı hücumçu ilə 30 iyun 2019-cu ilədək müqavilə bağlanılıb. Müqavilə üzrə Donetsk "Şaxtyor"una məxsus forvard üçün bu, icarədə keçirəcəyi 6-cı komanda olub. Kulaç "Vorskla"da cari mövsümün birinci yarısında çıxış edib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıda keçirdikləri oyunda komandasının qələbə topunu vurub - 1:0. Ümumilikdə isə Poltava komandasında 19 oyun keçirib və 6 qol, 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Aleksandriya"da Azərbaycan millisinin futbolçusu Pavel Paşayev də forma geyinir.