İtaliyanın “Yuventus” klubunun futbolçusu Sami Xedira ürəyindən əməliyyat olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı almaniyalı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. Xediranın bərpa prosesi, təxminən, 1 ay çəkəcək.
O, cari mövsümdə müxtəlif zədələr üzündən A Seriyasında cəmi 9 oyunda meydana çıxa bilib və 2 qol, 1 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Yuventus” bu gün Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində ilk oyunda İspaniya “Atletiko”sunun qonağı olacaq.