"Mən bu jesti futbolçu karyeram dövründə "Latsio" - "Bolonya" matçı zamanı da göstərmişəm. Yenidən etməklə fanatlarımıza göstərdim ki, bizim xayalarımız var".
Sportnet.az-ın məlumatına görə, bunu İspaniya "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone komandasının Çempionlar Liqasında İtaliya "Yuventus"una vurduğu qolsonrası jestindən danışarkən deyib. Argentinalı mütəxəssis bildirib ki, bu jest rəqibə ünvanlanmış hərəkət yox, öz azarkeşlərinə müraciət olub: "Etiraf edirəm ki, bunu yaxşı addım adlandırmaq olmaz. Amma belə etməli olduğumu duyurdum. Çox çətin matç idi. Hansı hisslər keçirdiyimi göstərməli idim. Kimisə incitmişəmsə, yalnız üzr istəyə bilərəm. Amma bu, ürəkdən gələn jest idi".
Qeyd edək ki, "Yuventus" və "Atletiko" arasında cavab görüşü martın 12-də keçiriləcək.