AFFA Klublar Komitəsinin 2019-cu ildə ilk iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, milli assosiasiyanın inzibati binasında təşkil olunan toplantıda Azərbaycan Premyer Liqası klubları təmsil olunub. Əlavə olaraq, AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik də onlarla görüşdə iştirak edib.
İclasın gündəliyindəki əsas məsələ Klublar Komitəsinə sədr seçkisi olub. Bu vəzifəyə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev seçilib. O, 3 səs toplayıb. Toplantıda digər məsələlər də müzakirə olunub.
Növbəti iclas martın 12-də keçiriləcək.