Rusiya Futbol İttifaqanın (RFS) İcraiyyə Komitəsinin üzvlüyünə seçki keçirilib.
Sportnet.az RFS-in rəsmi saytına istinadən xəbər verir ki, qurumun Növbədənkənar Konfransı çərçivəsində baş tutan tədbirdə Rusiya Mini-Futbol Assosiasiyasının (AMFR) əslən azərbaycanlı prezidenti Emil Əliyev təkrar üzv seçilib.
Onunla yanaşı daha 21 nəfər - Rusiya Futbol Liqasının prezidenti Sergey Pryadkin, Milli Futbol Liqasının rəhbəri İqor Yefremov, Peşəkar Futbol Liqasının başçısı Andrey Sokolov və digər şəxslər qurumda yer alacaqlar.
İcraiyyə Komitəsinin yeni tərkibinin səlahiyyət müddəti 9 fevral 2021-ci ildə qədərdir.
Qeyd edək ki, bu gün “Zenit”in Direktorlar Şurasının sədri Aleksandr Dükov RFS-in yeni prezidenti seçilib.