"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin futbolçusu Araz Abdullayevi əfv edib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi əvəzedici heyətdən komandadan əsas komandaya qaytarılıb. Abdullayev artıq Qurbanovun rəhbərliyi altında məşqə çıxır. Əvəzində qış fasiləsində Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışından kənarlaşdırılan Con Delarj hələ də əvəzedici heyətdədir. Konqolu hücumçu hazırda "Qarabağ-2"nin heyətində I Divizionun XVII tur qarşılaşmasında "Sumqayıt-2"yə qarşı oynayır. Hələlik Ağdam təmsilçisi ev oyununda geridədir - 1:2.
Qeyd edək ki, Araz Abdullayev performansı qaneedici olmadığı üçün ötən həftə əvəzedici heyətə göndərilib. Abdullayev "Şüvəlan"a qarşı səfər matçında da iştirak edib.