"Səbail"in kapitanı Eltun Yaqublunun yaşıl meydanlara dönüşü bir müddət də uzanacaq.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı müdafiəçinin zədəsi hələ tam sağalmayıb. Baxmayaraq ki, Yaqublu Azərbaycan Premyer Liqasının XVIII turunda "Neftçi" ilə səfər qarşılaşmasının iştirak ərizəsində yer alıb. Onun çempionatın sonlarına doğru oynaya biləcəyi söylənilir.
Qeyd edək ki, 4 ay öncə dizindən zədə alan Eltun Yaqublu Almaniyada əməliyyat olunub.