Futbol üzrə Latviya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma sloveniyalı Slavişa Stoyanoviçə tapşırılıb. 50 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Slavişa Stoyanoviç son olaraq Bolqarıstanın "Levski" klubuna rəhbərlik edib. Latviya millisi AVRO-2020-nin seçmə mərhələsində Polşa, Avstriya, İsrail, Sloveniya və Makedoniya ilə birgə G qrupunda mübarizə aparacaq.