Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharı” beynəlxalq turnirində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma ilk matçda Rusiya ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, yığma növbəti görüşünü martın 3-də Belarusa qarşı keçirəcək. Komanda martın 5-də isə İranla qarşılaşacaq.