
Naməlum şəxslər Fransanın "Bordo" klubunun futbolçusu Samuel Kalunun anasını oğurlayıblar.
Sportnet.az-ın məlumatına görə, bu barədə 22 yaşlı hücumçunun özü açıqlama verib. Nigeriyalı forvard bildirib ki, hadisə anası fevralın 27-də anası evə qayıtdığı vaxt baş verib. Adam oğruları əvvəlcə 8 min dollar istəyiblər. Onlar bu pulu almaqlarına baxmayaraq, vədlərinə əməl etməyiblər. Əvəzində ertəsi gün zəng edərək, 41 min dollar tələb ediblər.
Kalu anasını azad etmələri üçün müvafiq qurumlardan kömək istəyib. O, qarşılığında Nigeriya yığmasının Afrika Millətlər Liqasını qazanmasından ötrü əlindən gələni edəcəyini bildirib.