AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, "Səbail-2" XVII turda səfərdə "Ağsu" ilə matçın protokolunu vaxtında təqdim etmədiyi üçün 80 manat məbləğində cərimə olunub. Həmin matçda "Ağsu"nun futbolçusu Fərrux Rəhimov hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzaya məruz qalıb və kluba 320 manat cəzə verilib. "Ağsu" oyunun təhlükəsizlyini də tam təşkil etmədiyi üçün 400 manat ödəyəcək.
"Qaradağ Lökbatan"a isə "Kəpəz"lə görüşdəki səhlənkarlığına görə cəza kəsilib. Matçın ikinci hissəsi paytaxt klubunun ucbatından üç dəqiqə gec başlayıb və buna görə klub 2400 manat cərimələnib.