
Futbol üzrə Azərbaycan I Divizionunda XVIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 görüş keçirilib. Mərkəzi görüş ilk iki pillədə qərarlaşmış "Sumqayıt-2" və MOİK arasında təşkil olunub. "Kapital Bank Arena"da baş tutmuş qarşılaşma "hərbçilər"in qələbəsi ilə yekunlaşıb - 2:1. Qələbə topunu bombardir Raul Yaqubzadə penaltidən vurub. Bu qələbə sayəsində lider MOİK xallarını 44-ə çatdırıb və ən yaxın izləyicisi "Sumqayıt-2"ni 4 xal geridə qoyub.
"Qarabağ-2" isə səfərdə "Səbail"ə qalib gəlib - 2:0. Bu görüşdə "Qarabağ"ın əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı iki sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.
"Neftçi-2" "Şüvəlan"la səfər matçından heç-heçə ilə ayrılıb - 2:2. "Kəpəz" isə öz meydanında "Sabah-2"yə minimal hesabla uduzub.
I Divizion, XVIII tur
7 mart (cümə axşamı)
“Səbail-2” – “Qarabağ-2” - 0:2
Qollar: Elvin Cəfərquliyev, 28. Zamiq Əliyev, 38
Qırmızı vərəqə: Musa Qurbanlı, 59 ("Qarabağ-2")
Hakimlər: Etibar Həsənov, Rahil Ramazanov, Zöhrab Abbasov, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nihad Məmmədov
“Bayıl Arena”
“Şüvəlan” – “Neftçi-2” - 2:2
Qollar: Məmməd Quliyev, 22 (p.); 38 - Muxtar Əliyev, 12. Əlibəy Məmmədli, 68
Qırmızı vərəqə: Seyxan Fərəcov, 59 ("Şüvəlan")
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Ruslan Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“AZAL Arena”
“Kəpəz” – “Sabah-2” - 0:1
Qol: Eldost Qiyasbəyli, 86
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Elxan Əsgərzadə, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Gəncə şəhər stadionu
“Sumqayıt-2” –MOİK - 1:2
Qollar: Elvin Nəsibov, 76 - İbrahim Qədirzadə, 54. Raul Yaqubzadə, 87 (p.)
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Səbuhi Əmrahov, Ziya Nəsirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”, (CBC Sport /canlı)
8 mart (cümə)
“Ağsu” – “Keşlə-2”
Hakimlər: İnqilab Məmmədov, Əli Cəbrayılov, Teymur Teymurov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Ağsu şəhər stadionu
“Zirə-2” – “Zaqatala”
Hakimlər: Nail Nağıyev, Namiq Hüseynov, Səbuhi Soltanov, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“AZAL Arena”
“Turan Tovuz” – “Qaradağ Lökbatan”
Hakimlər: Orxan Məmmədov, Elmin Süleymanov, Taleh Məmmədov, Ziya Nəsirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu (pfl.az/canlı)
Qeyd edək ki, bütün görüşlər saat 15:00-da başlayacaq.