ABŞ-ın qadınlardan ibarət futbol üzrə yığması Los-Anceles məhkəməsində ölkənin Futbol Federasiyasına (USSF) qarşı iddia qaldırıb.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, 28 futbolçu USSF-i əmək haqqı, tibbi xidmət, səfər şərtləri və məşqlərin həcmi məsələlərində ayrıseçkilikdə ittiham ediblər.
Nəşr qeyd edir ki, Los-Anjeles məhkəməsinə verilmiş mülki iddianın məzmunu faktiki olaraq 2016-cı ildə Bərabər İmkanlar üzrə Komissiyaya Karli Lloyd və Aleks Morqan da daxil olmaqla, yığmanın beş oyunçusu tərəfindən göndərilmiş ayrıseçkiliklə bağlı şikayətinin məzmunu ilə eynidir.