Türkiyə Super Liqasında XXV turun son oyununda "Qalatasaray" "Antalyaspor"u qəbul edib.
Sportnet.az-ın məlumatına görə, İstanbuldakı "Türk Telekom Arena"da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Sarı-qırmızılar"ın qollarını 17-ci dəqiqədə Sofyan Fequli, 65 və 78-ci dəqiqələrdə Henri Onyekuru, 68-ci dəqiqədə Papa Aliun Ndiaye və 90+4-cü dəqiqədə Mbaye Dyan vurub.
Bununla da xallarını 49-a çatdıran "Qalatasaray" lider "Başakşehir"dən 8 xal geri qalır. 10 oyundur qalib gələ bilməyən "Antalyaspor" isə 32 xalla 10-cudur.