"Mançester Siti" uşaqlar üzərində seksual zorakılığın bütün qurbanlarına kompensasiya ödəyəcək.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, təzminat gənclərdən ibarət komandanın sabiq məşqçisi Barri Bennellin qurbanlarına şamil olunacaq. O, uşaqlara qarşı seksual xarakterli cinayətkarlığına görə 31 il müddətinə azadlıqdan məhrum edilib. Cəza 2018-ci ildən qüvvəyə minib.
64 yaşlı məşqçi 8 - 15 yaşlı 12 oğlana qarşı 50 seksual zorakılıq halında günahkar bilinib. İnsident 1979 - 1991-ci illərdə baş verib. Bennell əvvəlcə əvvəlcə "Krü Aleksandra" uşaq futbol klubunun, sonra isə "Mançester Siti"nin məşqçisi olub.
"Mançester Siti" kompensasiyanın maliyyə detallarını açıqlamayıb. Mətbuat bu məbləğin milyon funt olacağını yazıb.