Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası martın 16-da Bakıda təlim-məşq toplanışına başlayacaq.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 11 gün davam edəcək hazırlıq prosesi ərzində 2 yoxlama oyunu nəzərdə tutulub. Yığma martın 23-də "Səbail", martın 26-da MOİK-lə qarşılaşacaq. Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək və saat 15:00-da başlayacaq.
Baş məşqçi Milan Obradoviç toplanışa 24 futbolçu dəvət edib. Onlardan 6-sı xarici klublarda çıxış edir...
| № | ADI / SOYADI | KLUB |
| 1 | Kamran İbrahimov | Neftçi |
| 2 | Şahin Zəkiyev | Keşlə |
| 3 | Murad Popov | Qəbələ |
| 4 | Amin Seydiyev | Qəbələ |
| 5 | Turan Manafov | Zaqatala |
| 6 | Ricat Qarayev | Sumqayıt |
| 7 | Murad Qayalı | Keşlə |
| 8 | Hüseyin Seyliğli | Beşiktaş (Türkiyə) |
| 9 | Faiq Hacıyev | MOİK |
| 10 | Nihad Tamazov | Qarabağ |
| 11 | Ziya Əzizov | NEC Nijmegen (Hollandiya) |
| 12 | Tural Bayramlı | Daugavpils (Latviya) |
| 13 | Abbas Ağazadə | MOİK |
| 14 | Metin Güler | Beşiktaş (Türkiyə) |
| 15 | Hacıağa Hacılı | Qarabağ |
| 16 | İsmayıl İbrahimli | Qarabağ |
| 17 | Baxşəli Baxşaliyev | Sumqayıt |
| 18 | Əli Sadıxov | MOİK |
| 19 | Nicat Süleymanov | Qarabağ |
| 20 | Ərziman Rizvanov | Bohemians 1905 Praga (Çexiya) |
| 21 | Rövlan Muradov | Qəbələ |
| 22 | Fərid Nəbiyev | Slaviya Praga (Çexiya) |
| 23 | Süleyman Əhmədov | Sumqayıt |
| 24 | Nurlan Quliyev | Keşlə |









































































