“Səbail” klubunun danışıq apardığı məşhur futbolçu Maykl Esyyen Bakıya gəlib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 37 yaşlı yarımmüdafiəçi bu gün Azərbaycan Premyer Liqasında XXI turun “Səbail” – “Qarabağ” oyununda olacaq. Görüş saat 16:45-də başlanacaq.
Qeyd edək ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir. Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Təcrübəli futbolçu “Çelsi” formasında 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real Madrid" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub. Essyen martın əvvəllərind Avropa Liqasının final matçına həsr olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycanda olub.