Bu gün keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi öncəsi qalmaqallı foto yayılıb.
Sportnet.az-ın məlumatına görə, fotoda cütlərin tərkibi əksini tapıb. Sosial şəbəkədəki paylaşımın UEFA rəsmilərindən biri tərəfindən yazıldığı iddia edilir. Həmin şəxs dərhal fotonu öz profilindən silib.
Cütlərin tərkibi isə belədir:
"Liverpul" (İngiltərə) - "Ayaks" (Hollandiya)
"Mançester Yunayted" (İngiltərə) - "Tottenhem" (İngiltərə)
"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya)
"Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.