
"Qarabağ" komandası ilə vidalaşan İslandiya millisinin qapıçısı Hannes Halldorssonun yeni klubu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, İslandiya "Valür"üdür. Təcrübəli qolkiper Reykyavik təmsilçisinə azad agent kimi keçəcək. İslandiyada yeni mövsümə aprelin 27-də start veriləcək. Məhz bu səbəbdən, Halldorsson Azərbaycan klubu ilə yollarını indidən öz istəyi ilə ayırıb. "Valür" ilk turda "Vikinqur"u qəbul edəcək. Həmin gün bu qapıçının 35 yaşı tamamlanacaq.
Qeyd edək ki, Hannes Halldorssonun "Valür"ə keçəcəyi barədə xəbərlər hələ yanvarda yayılıb. Onun hətta “Valür” komandasının ev arenası “Hlidarendi”nin 3,5 kilometrliyində mənzil aldığı da bildirilir.