"Krılya Sovetov" komandası Rusiya Premyer Liqasında XXII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, Samara təmsilçisi səfərdə "Krasnodar"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+2-ci dəqiqədə penaltidən Viktor Klasson vurub. Həmin vaxt "Krasnodar" 71-ci dəqiqədə Sergey Petrovun meydandan qovulması səbəbindən azlıqda olub. "Krılya Sovetov"da çıxış edən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev meydana 86-cı dəqiqədə girib.
Bu nəticədən sonra xallarını 41-ə çatdıran "Krasnodar" 2-ci pilləyə yüksəlib. 24 xala malik "Krılya Sovetov" isə hələlik 11-cidir.