UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Hollandiya “Ayaks”ına 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran İtaliyanın “Yuventus” klubunun aksiyaları ucuzlaşıb.
Sportnet.az “İnterfaks”a istinadən xəbər verir ki, Turin təmsilçisinin qiymətli kağızlarının dəyəri 22 faiz aşağı düşüb. “Ayaks”da isə əksinə, 10 faiz artım olub.
Qeyd edək ki, cari mövsüm ərzində “Ayaks”ın səhimləri 30 faiz bahalaşıb