UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçlarında sonra Lionel Messi (“Barselona”, İspaniya), Mateys de Liqt (“Ayaks”, Hollandiya), Son Xın Min (“Tottenhem”, İngiltərə) və Roberto Firmino (“Liverpul”, İngiltərə) həftənin oyunçusu adına namizəd göstəriliblər.
Ən yaxşı qola gəlincə, burada “4-lüy”ə “Barselona”nın 2 futbolçusu düşüb. Katoloniya təmsilçisinin İngiltərənin “Mançester Yunayted” komandasını 3:0 hesabı ilə məğlub etdiyi görüşdə Lionel Messinin 1-ci qolu və Filippe Koutinoyonun dəqiq zərbəsi ən yaxşı olmağa namizəddir.
Həmçinin Hollandiya “Ayaks”ından David Neresin İtaliyada “Yuventus”a (2:1), “Mançester Siti”dən isə Rəhim Sterlinqin evdə İngiltərə “Tottenhem”inə (4:3) vurduğu qollar ən yaxşı seçilə bilərlər.
Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.