"Dnepr"in
futbolçusu Caba Kankava Avropa Liqasının qrup mərhələsinin 4-cü tur matçında"Qarabağ"la oyunu buraxa bilər. Sportnet.az-ın Ukrayna mətbuatına
istinadən məlumatına görə, buna səbəbyarımmüdafiəminin
zədəli olmasıdı.
Belə
ki, Premyer Liqanın son turundakı "Dinamo" ilə matçda sıradan çıxan və 70-ci dəqiqədə əvəzlənən
gürcü legioner hazırda zədəsini sağaltmaqla məşğuldu. Onun Ağdam klubu ilə
Bakıdakı oyunda iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" qarşılaşması noyabrın 6-ı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.