"Növbəti mövsümdə də Topaz Premyer Liqasında 10 komanda çıxış edəcək”. Sportnet.az-ın məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
Qurum başçısı Azərbaycan çempionatının 2014/2015-ci il mövsümü ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib. O bildirib ki, yeni mövsümdə yüksək liqa klublarının sayında dəyişiklik olmayacaq: "Biz çalışdıq ki, klubların sayını 12-yə qədər artıraq. Lakin lisenziyalaşmanın tələblərinə cavab verən komanda yığa bilmədik. Bunun üçün də say artımı olmayacaq. Həm də 10 komanda ilə çempionat daha maraqlı, daha keyfiyyətli olacaq. Premyer Liqanı tərk edən "Rəvan” isə növbəti mövsümə I divizionda başlayacaq”.
Qeyd edək ki, Premyer Liqanı tərk edən "Rəvan”ı "Araz-Naxçıvan” əvəzləyəcək.